Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləcəri qəsəbə sakinləri Aslan Slamov və onun qardaşı Zahidin yaşadıqları evdən küllü miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür

01.02.2010

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin satışında şübhəli bilinən Biləcəri qəsəbə sakinləri Aslan Slamov və onun qardaşı Zahid saxlanılmışlar. A.Salamovdan 0,261 qram, Zahiddən isə 0,344 qram narkotik vasitə olan heroin götürülmüşdür.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onların Biləcəri qəsəbəsindəki yaşadıqları evlərinə baxış zamanı külli miqdarda - 6 kiloqram 235 qram narkotik vasitə olan marixuana və 1 kiloqram 130 qram heroin aşkar edilərək götürülmüşdür.