Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Metronun “20 Yanvar” stansiyasına bomba qoyulması barədə verilmiş məlumat təsdiqini tapmamışdır

01.02.2010

Fevralın 1-də saat 11.57 radələrində naməlum şəxs FHN-in “112” Xidmətinə zəng edərək metronun “20 Yanvar” stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüşdür. Dərhal həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmamış, yalan məlumatın isə Cəlilabad rayon sakini, azyaşlı F.Ə. tərəfindən verilməsi müəyyən edilmişdir.Araşdırmalar aparılır.