Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşı, "qanunda oğru", "boksyor" ləqəbli Avtandil Xevçurianidən narkotik vasitə və odlu silah götürülmüşdür

26.02.2006

Fevralın 14-də yaxalanmış cinayətkar dəstənin başçısı, MDB-nin cinayətkar aləmində böyük nüfuza malik "qanunda oğru", əvvəllər məhkum olunmuş, Gürcüstan vətəndaşı, "boksyor" ləqəbli Avtandil Xevçuriani Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanmışdır. A.Xevçurianidən 1 ədəd "Makarov" tapançası, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 4 bükümdə, ümumi çəkisi 10,209 qram heroin aşkar edilərək götürülmüşdür.