Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

1997-ci ilin iyun ayında Salyan rayon sakini Elnarə Hüseynovanı qətlə yetirmiş qardaşı Elçin tutulmuş, digər qardaşı Anarın tutulması üçün tədbirlər davam etdirilir

10.11.2009

1997-ci ilin iyun ayında Salyan rayonundakı C.Cabbarlı küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Elçin Hüseynov qardaşı Anarla birgə bacıları Elnarəni qısqanclıq zəminində boğmuş, cəsədini isə evlərinin yaxınlığında torpağa basdırmışlar.
1997-ci ilin dekabr ayında E.Hüseynov və qardaşı Anar ataları İzzətin məsləhəti ilə Elnarənin cəsədini basdırdıqları yerdən çıxarıb torbaya qoyaraq Qaraqaşlı kəndi ərazisində Kür çayına atmışlar.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulmuş, Anarın tutulması üçün tədbirlər davam etdirilir. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.