Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində məskunlaşmış Zəngilan rayon sakini Etibar Balakişiyev tapançadan atəş açaraq qohumu Ramiq Mövsümovu qətlə yetirmişdir

17.08.2009

Saat 21.55 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 25№-li uşaq bağçasında məskunlaşmış, Zəngilan rayon sakini Etibar Balakişiyev ilə Badamdar qəsəbəsində yaşayan qohumu Ramiq Mövsümov arasında münaqişə baş vermişdir. Bu zaman R.Mövsümov tapançadan atəş açaraq E.Balakişiyevi yaralamışdır. Sonra  E.Balakişiyev tapançanı ondan almış və R.Mövsümovu qətlə yetirmişdir. E.Balakişiyev xəstəxanaya yerləşdirilmişdir. Hadisə yerində 1 ədəd "Makarov" tipli tapança, 2 ədəd güllə, 1 ədəd güllə darağı və 4 ədəd gilz götürülmüşdür.