Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır
04.08.2009
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınmışdır ki, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
- 13 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 44 nəfər tutulmuşdur.