Bakı şəhər sakini Elşən Əliyevə məxsus evdən tikinti materialları oğurlamış Qaraçuxur qəsəbə sakini Şahin Qasımov tutulmuşdur
04.08.2009 Avqustun 1-də saat 15.00 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Əliyevə məxsus yeni tikilən evdən tikinti materialları oğurlanmışdır. Faktla əlaqədar polisə ərizə ilə müraciət 05.08.09 tarixdə daxil olmuşdur. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Qaraçuxur qəsəbə sakini Şahin Qasımov tutulmuşdur.