Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dövlət Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edilməsi və xəsarət yetirilməsi faktı ilə əlaqədar cinayət işi başlanmışdır

04.08.2009

Avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində (Hökməli kəndi yaxınlığında) Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq etmiş, daş və digər əşyalarla onlara xəsarət yetirmişlər. Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.  Onlardan 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilmişlər. Faktla əlaqədar Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının CM-nin 222, 188 və 315-ci maddələri ilə cinayət işi başlanmışdır.

04.08.2009 tarixinə olan kriminal məlumatlar