Erməni millətindən olan 2 nəfər Gədəbəy rayon Qaravəllər kənd sakini İsrafil Həsənovu hədələyərək 200 baş qoyunu almışlar
01.06.2009Saat 14.00 radələrində Gədəbəy rayonundakı "Ağdaş" adlanan ərazidə Qaravəllər kənd sakini İsrafil Həsənov kənd sakinlərinə məxsus 200 baş qoyunu otararkən erməni millətindən olan 2 nəfər onu ov tüfəngi ilə hədələyərək qoyunlarla birgə Ermənistan istiqamətində aparmış, sonradan onu buraxmış, qoyunları isə aparmışlar. Araşdırmalar aparılır.