Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şübhəli şəxs qismində 19-cu PB-yə gətirilmiş V.Quliyevin cari ay ərzində çoxlu sayda paytaxt sakinlərinin avtomaşınından oğurluq etməsi müəyyən edilmişdir

16.05.2009

Mayın 17-də saat 05.00 radələrində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev şübhəli şəxs qismində Nəsimi RPİ 19-cu PB-yə gətirilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun may ayının 16-da və 17-də Bakı şəhər sakinləri Anar Əliyevə məxsus "VAZ-2107" markalı, Elbrus Əlizadəyə məxsus "VAZ-2106" markalı, Zaur Quliyevə məxsus "VAZ-2107" markalı, Bulud Məmmədova məxsus "VAZ-2106" markalı və Vüsal Zülfüqarova məxsus "VAZ-2107" markalı avtomaşınlardan oğurluq etməsi, Riqab Əlizadəyə məxsus "VAZ-2106" markalı və Rəşadət Əliyevə məxsus "VAZ-2107" markalı  avtomaşınlardan isə oğurluğa cəhd göstərməsi, habelə mayın 12-də V.Hüseynova, R.Hacıyevə, B.Balakişiyevə, mayın 13-də A.Acalova, A.Mirzəliyevə, mayın 16-da M.İsmayılova, C.Ləzgiyevə, Ə.Səmədova və Ə.Bağırova məxsus avtomaşınlardan oğurluq etməsi  müəyyən edilmişdir.