Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 24 cinayət faktı qeydə alınmışdır
19.03.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 24 cinayət faktı qeydə alınmışdır ki, onların da 20-si «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 3 nəfər yaralanmışdır. Gün ərzində yanğın hadisəsi qeydə alınmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 10 fakt müəyyən edilmişdir.