Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

02.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmışdır ki, onların da 32-si "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 1 nəfər yaralanmışdır.  
  • 12 yanğın hadisəsi qeydə alınmışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.