Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Laçın rayon sakini Əsəd Məmişovu qətlə yetirmiş Dağbəyim Cabbarov və onun qardaşı Habil tutulmuşlar

02.04.2009

Aprelin 1-də Bərdə rayonunun Qaratəpə kəndində məskunlaşmış Laçın rayon sakini Əsəd Məmişov evdən çıxmış, geri qayıtmamışdır. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmişovun Meşəçilik İnstitutunun ərazisində, orada məskunlaşmış Laçın rayon sakinləri, qohumları Dağbəyim Cabbarov və onun qardaşı Habil tərəfindən qısqanclıq zəminində bıçaqla qətlə yetirilməsi, meyitinin isə torpağa basdırılması müəyyən edilmişdir. Ə.Məmişovun meyiti eksqumasiya edilmiş, D.Cabbarov və qardaşı Habil tutulmuşlar.