Laçın rayon sakini Əsəd Məmişovu qətlə yetirmiş Dağbəyim Cabbarov və onun qardaşı Habil tutulmuşlar
02.04.2009 Aprelin 1-də Bərdə rayonunun Qaratəpə kəndində məskunlaşmış Laçın rayon sakini Əsəd Məmişov evdən çıxmış, geri qayıtmamışdır. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmişovun Meşəçilik İnstitutunun ərazisində, orada məskunlaşmış Laçın rayon sakinləri, qohumları Dağbəyim Cabbarov və onun qardaşı Habil tərəfindən qısqanclıq zəminində bıçaqla qətlə yetirilməsi, meyitinin isə torpağa basdırılması müəyyən edilmişdir. Ə.Məmişovun meyiti eksqumasiya edilmiş, D.Cabbarov və qardaşı Habil tutulmuşlar.