Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal və Əzizbəyov RPİ əməkdaşları birgə əməliyyat keçirmişlər

02.04.2009

Yasamal RPİ və Əzizbəyov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kamil Cavadovdan 0,229 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun S.Dadaşov küçəsində yaşayan Vahab Rəhimov və əvvəllər məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elgül Şirinzadə ilə birgə oğurluq etmələri müəyyən edilmişdir. V.Rəhimov tutulmuş, evinə baxış zamanı 1 ədəd "Makarov" tipli və 3 ədəd pnevmatik tapança, 2 ədəd güllə darağı, 14 ədəd güllə, 30 qram heroin, 13 ədəd mobil telefon, 4 ədəd maqnitofon, 12 ədəd telefon nömrəsi, 5 ədəd qol saatı, 1 ədəd tranzit nömrə, 1 ədəd maska və 3 ədəd səsgücləndirici aşkar edilərək götürülmüşdür. Araşdırmalar aparılır.