Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə məxsus inzibati binanın dam örtüyü güclü küləkdən uçmuşdur
02.04.2009 Aprelin 3-də saat 14.10 radələrində, əsən güclü küləkdən Yasamal rayonu Ş.Mehdiyev küçəsində Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə məxsus inzibati binanın 120 kvm. sahədə dam örtüyü uçmuş və hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Elçin Pənahov və Saatlı rayon sakini Elçin Bayramlı xəsarət almışlar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.