Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kino Xidməti İdarəsinin əməkdaşlarına qarşı quldurluq etmiş Arif Sadıqov və Mehman Abbasov tutulmuşlar

29.03.2009

Martın 29-da saat 23.20 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Sadıqov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov Səbail rayonu İstiqlaliyyət küçəsindəki Kino Xidməti İdarəsinə gəlib, oranın müdiri, Bakı şəhər sakini Nəriman Ağayevi və montajçı Emil Gözəlovu otaqda saxlayaraq onlardan 60 manat, 1 ədəd mobil telefon, 1 ədəd boyunbağı və 2 ədəd üzük almışdır. Martın 30-da saat 05.00 radələrində E.Gözəlov pəncərəni sındırıb qaçmağa cəhd göstərərkən A.Sadıqov bıçaqla ona xəsarət yetirmişdir. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Sadıqov və M.Abbasov tutulmuşlar. Səbail RPİ tərəfindən araşdırmalar aparılır.

29.03.2009 tarixinə olan kriminal məlumatlar