Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini S.Məmmədova məxsus avtomaşını qaçırmış F.Əliyev tutulmuşdur

29.03.2009

Martın 30-na keçən gecə Nizami rayonundakı Ə.Vəliyev küçəsindən həmin küçədə yaşayan Seyfəddin Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Əliyev tutulmuşdur. Ətrafında aparılmış tədbirlər nəticəsində onun martın 29-da Şirin Məhərrəmova məxsus avtomaşını, habelə martın 29-da Sumqayıt şəhəri ərazisində FHN-nin Bakı Yanğın Texniki Məktəbinə məxsus "VAZ-2104"markalı avtomaşını da qaçırması müəyyən edilmişdir.

29.03.2009 tarixinə olan kriminal məlumatlar