Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 34 cinayət faktı qeydə alınmışdır

29.03.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmışdır ki, onların da 27-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.     
  •  7 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
  •  Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.

29.03.2009 tarixinə olan kriminal məlumatlar