Lerik rayon sakini Kamilə Hüseynovanı bıçaqla qətlə yetirmiş Cəsarət Rəhimov tutulmuşdur
16.02.2009 Saat 07.30 radələrində Lerik rayonunun Bürsülüm kəndində Piran kənd sakini Cəsarət Rəhimov münaqişə zəminində Zeynəko kənd sakini, qohumu Kamilə Hüseynovanı bıçaqla qətlə yetirmişdir. Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Rəhimov tutulmuşdur.