Bakı şəhər sakini Natiq Zeynalovun evinə baxış zamanı narkotik vasitələr aşkar edilərək götürülmüşdür
16.02.2009 Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 9-da F.Ağayevə narkotik vasitəni satmış Bakı şəhər sakini Natiq Zeynalov tutulmuşdur. N.Zeynalovun evinə baxış zamanı 509, 051 qram heroin, 1 kiloqram 625,1 qram tiryək, 4 ampula “Levomisin” həbi, 2 ədəd tərəzi və 4 ədəd telefon aşkar edilərək götürülmüşdür. N.Zeynalovun qardaşı Namiqdən isə 0,279 qram heroin götürülmüşdür.