DİO əməkadaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
26.11.2005Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Elxan İbrahimovdan 2,569 qram heroin, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Zaur Mirələmovdan 0,238 qram heroin, 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbə sakini Ağazə Atakişiyevdən 6,127 qram marixuana götürülmüşdür. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayon sakini İlyas Səmədovdan 5,5 qram marixuana götürülmüşdür. Narkotik vasitəni ona, Astara rayon sakiniAstara rayon sakini Xanlar Rzayev tərəfindən satılması müəyyən edilmişdir. X.Rzayev tutulmuş, ondan əlavə 25 qram marixuana götürülmüşdür.