Nərimanov rayonundakı Azadlıq prospektində çörək bişirmə sexində təbii qazın sızmasından partlayış baş vermişdir
30.01.2009 Saat 10.00 radələrində Nərimanov rayonundakı Azadlıq prospektində Elşad Aydəmirova məxsus 1 mərtəbəli çörək bişirmə sexində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə sexin qapı və pəncərə şüşələri sınmış, ora bitişik bərbərxananın arakəsmə divarı uçmuş, habelə yaxınlıqdakı avtobus dayanacağına ziyan dəymişdir. Sexdə işləyən, xəsarət almış Bakı şəhər sakinləri Tamella Həsənova, Dilşad Hüseynov və Gülnarə Lətifova xəstəxanaya yerləşdirilmişlər. D.Hüseynovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Araşdırmalar aparılır.