Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonundakı Azadlıq prospektində çörək bişirmə sexində təbii qazın sızmasından partlayış baş vermişdir

30.01.2009

Saat 10.00 radələrində Nərimanov rayonundakı Azadlıq prospektində Elşad Aydəmirova məxsus 1 mərtəbəli çörək bişirmə sexində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə sexin qapı və pəncərə şüşələri sınmış, ora bitişik bərbərxananın arakəsmə divarı uçmuş, habelə yaxınlıqdakı avtobus dayanacağına ziyan dəymişdir. Sexdə işləyən, xəsarət almış Bakı şəhər sakinləri Tamella Həsənova, Dilşad Hüseynov və Gülnarə Lətifova xəstəxanaya yerləşdirilmişlər. D.Hüseynovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Araşdırmalar aparılır.