“Əlaqələrin daha da inkişafı xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcək”
15.10.2020Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Seyid Abbas Musəvini qəbul edib.
General-polkovnik Vilayət Eyvazov iki ölkənin Daxili İşlər nazirlikləri arasında mövcud olan əlaqələrə toxunaraq nazirlər, o cümlədən digər rəhbər vəzifəli şəxslərin başçılıq etdikləri heyətlər səviyyəsində səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin nəinki DİN-lər, həmçinin digər hüquq mühafizə orqanları arasında sıx əlaqələrin mövcudluğundan xəbər verdiyini bildirib.
Tanışlıq xarakterli görüşdə cinayətkarlıqla mübarizə sahəsində iki ölkənin Daxili İşlər nazirliklərinin potensialının geniş olduğu, əlaqələrin daha da inkişafının xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcəyi fikri ifadə olunub.
Səfir Seyid Abbas Musəvi səmimi qəbula görə nazirə təşəkkür edib, dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da dərinləşdirilməsindən məmnunluğunu, bu yöndə səylərini əsirgəməyəcəyini vurğulayıb.
ƏLAQƏLİ PRESS-RELİZLƏR