Lənkəran rayon polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 15-də Yardımlı Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi may ayının 31-nə dəyişdirilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.