Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN mətbuat xidmətinin məlumatı

26.01.2005

Qonağı səmimiyyətlə salamlayan nazir yeni təyinat münasibəti ilə onu təbrik etmiş, diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Sonra cənab Ramil Usubov ölkədəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən illər ərzində görülən işlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cinayətkarlıq görünməmiş vüsət almışdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə həmvətənimizin acınacaqlı taleyi, digər tərəfdən səriştəsiz iqtidarın yarıtmaz fəaliyyəti dövlət orqanlarını iflic halına salmış, Azərbaycan dağılmaq təhlükəsi qarşısında qalmışdı.  Belə bir zamanda zəngin dövlətçilik təcrübəsinə malik böyük öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycanı demokratik inkişaf yoluna çıxardı, cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi. 1995-ci ilin sonlarından başlayaraq isə kriminogen durum tədricən nəzarət altına alındı. Bir neçə ildir ki, ölkəmiz MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutur.

Daha sonra daxili işlər naziri R.Usubov strateji tərəfdaş olan Azərbaycan və Ukrayna daxili işlər orqanlarının səmərəli əməkdaşlığının hər iki ölkənin dövlət başçılarının apardığı siyasətə uyğun olduğunu bildirmişdir.
Cənab Ramil Usubov xatırlatmışdır ki, Azərbaycan və Ukrayna Daxili İşlər nazirliklərinin əməkdaşlığına dair ikitərəfli Saziş mövcuddur. Eyni zamanda, MDB çərçivəsində qəbul edilmiş çoxtərəfli müqavilələrdə tərəfdaş olan hər iki ölkənin nazirlikləri Daxili İşlər Nazirləri Şurasının iclaslarında da fəal iştirak edir, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və GÖUAM çərçivəsində məhsuldar işbirliyini davam etdirirlər.

Görüş zamanı general-polkovnik Ramil Usubov imzalanmış Sazişə uyğun olaraq son illər axtarışda olan və Ukrayna ərazisində gizlənmiş onlarla təhlükəli cinayətkarın yaxalanaraq Azərbaycana ekstradisiya olunmasını xüsusi minnətdarlıqla vurğulamışdır.

Səfir Anatoli Yurçenko səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək Ukrayna ilə Azərbaycan arasında əlaqələrin hər iki ölkə prezidentlərinin siyasətinə uyğun olaraq daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Görüş səmimilik və mehribanlıq şəraitində keçmişdir.