Müstəqil Dövlətlər Birliyinin daxili işlər nazirlərinin növbədənkənar iclası
23.12.2004
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirləri Şurasının növbədənkənar iclasında iştirak etmək üçün dekabrın 23-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşmüşdür.
Dekabrın 24-25-də keçiriləcək tədbirdə «Terrorizmlə mübarizədə birgə əməkdaşlığın səmərəliliyinin daha da artırılması və MDB üzvü olan dövlətlərin daxili işlər nazirləri Şurasının 2005-ci ildə terrorizmin qarşısının alınmasına dair Planı haqqında» məsələ müzakirə olunacaqdır.
Həmin məsələ ilə əlaqədar daxili işlər naziri R.Usubov geniş məruzə ilə çıxış edəcəkdir.