Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20260911095010.jpg

Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib

11.09.2026

Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin üçüncü iclasında iştirak edib.

İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib. Cinayət təqibindən yayınan şəxslərin axtarışında və itkin düşmüş vətəndaşların yerinin müəyyən edilməsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Tədbir zamanı TDT-yə üzv və müşahidəçi dövlətlər arasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması haqqında Saziş layihəsi də müzakirə olunub.

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin üçüncü toplantısının Bəyannaməsini imzalayıblar.

İclasın yekununda TDT-yə üzv dövlətlərin daxili işlər nazirlərinin 4-cü görüşünün 2027-ci ildə Türkiyə Respublikasında keçirilməsi barədə qərar qəbul edilib.

Görüş çərçivəsində Azərbaycan və Qırğız respublikalarının daxili işlər nazirləri “Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlış haqqında Saziş”i imzalayıblar.

WhatsApp Image 2026-09-11 at 08.405

WhatsApp Image 2026-09-11 at 08.40

WhatsApp Image 2026-09-11 at 08.404

WhatsApp Image 2026-09-11 at 08.406