Vətəndaşların nəzərinə
26.09.2025Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il oktyabr ayının 1-də Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında şəhər sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 30.09.2025-ci il tarixədək Sumqayıt Şəhər Polis İdarəsinə, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.