Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20250829155820.jpg

Nazir Vilayət Eyvazov Xaçmazda vətəndaşların müraciətlərini dinlədi, sıra baxışı keçirdi

29.08.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 28-də və 29-da Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Xaçmaz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra rayon polis şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı və digər rayonlardan gələn 409 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. 
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 27 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 335 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

f784acc5-750a-4385-8c14-4cf1b394ce08

ab5d43d8-3c86-4c0d-8a98-e65a6ef79598

dff39f53-a67a-4a15-a56e-9523d5b165b2

931bcfff-1da1-4cbd-b54e-f0e61b311ee4

6280b000-59f7-4c28-84cd-55ab0418c4b8

380db37f-a136-4a8e-be98-31ec64ecda00

5189b818-91ac-42da-ae04-9b601c37c258