Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20230119144142.jpg

Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə

30.12.2022

Əziz həmkarlar!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və aparılan məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq daxili işlər orqanlarının və Daxili Qoşunların əməliyyat-xidməti fəaliyyəti 2022-ci ildə də təkmilləşmiş, maddi-texniki bazası modernləşmiş, möhkəm nizam-intizama malik şəxsi heyətimiz üzərinə düşən bütün vəzifələrin öhdəsindən əzmlə gəlmişdir. Digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində respublikada cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə asayişin və təhlükəsizliyin qorunması funksiyaları peşəkarlıqla həyata keçirilmiş, qarşıya qoyulmuş tapşırıqların icrası təmin edilmişdir. 

Öz andına həmişə sadiq olan şəxsi heyətin əməyi yola saldığımız ildə də yüksək qiymətləndirilmiş, möhtərəm Prezidentin imzaladığı sərəncamlarla xidmətdə fərqlənən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları  dövlət təltiflərinə layiq görülmüşdür. 

Əminəm ki, vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələrin öhdəsindən bundan sonra da bacarıqla gələcək, ölkə Prezidentinin, Ali Baş Komandanın etimadını doğruldacaqsınız.
Hamınıza Azərbaycan Respublikasına xidmətə görə təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!

                                                                                                                                                      Vilayət Eyvazov,
                                                                                                                                           Azərbaycan Respublikasının
                                                                                                                                     daxili işlər naziri, general-polkovnik