DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20221105141744.jpg

MDB-yə üzv olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının təşkilatçılığı ilə  media müsabiqəsi elan edilir

05.11.2022

Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə üzrə Koordinasiya Bürosunun (БКБОП) təşkilatçılığı ilə hər il media müsabiqəsi keçirilir.
Müsabiqə hüquq-mühafizə orqanlarının fəaliyyəti və daxili işlər orqanları əməkdaşlarının xidməti barədə ictimaiyyətin məlumatlandırılması və təəssüratın formalaşdırılması məqsədini daşıyır.
Müsabiqədə daxili işlər orqanlarının əməkdaşları və  işçiləri (mülki personalı), habelə yaş məhdudiyyəti olmadan iştirak etmək arzusunda olan digər şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müəyyən edilmiş nominasiyaların mövzularına uyğun hazırlanan fotoşəkillər və videoçarxlar təqdim edilməlidir.
Müsabiqənin şərtləri və keçirilmə qaydası haqqında məlumatla БКБОП-un rəsmi internet saytında tanış ola bilərsiniz.