DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyindən

30.12.2020

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk.  
Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq. 
Kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir. Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.    
Hər birinizə gözəl bayram ovqatı arzulayırıq.