Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2023-cü ilin yekun təhlili

Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2023-cü il də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36.811 cinayət qeydə alınmışdır. Onların 41,4%-i (15.253-ü) iqtisadi fəaliyyət sahəsinə aid, 40%-i (14.716-ı) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 14,4%-i (5.301-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 84,4%-i (31.085-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir. 
2022-ci il ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 4,8% (-16), oğurluq 10,8% (-843), soyğunçuluq 23,9% (-64), quldurluq 31% (-32), xuliqanlıq 5,7% (-37), ekoloji cinayətlər 16,5% (-59) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 34.783 cinayətin 89,6%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 89,6%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6%-i, şəxsiyyət əleyhinə olanların 98,4%-i, onlardan qəsdən adam öldürmələrin 96,1%-i, adam öldürməyə cəhdlərin 97,4%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9%-i, mülkiyyət əleyhinə olanların 79,6%-i, o cümlədən oğurluqların 68,4%-i, dələduzluqların 92,1%-i, soyğunçuluqların 98,1%-i, quldurluqların 97,5%-i, hədə-qorxu ilə tələb etmələrin 97,5%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 97,2%-i, habelə xuliqanlıqların 96,3%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 426, "isti izlərlə" 3.314 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,3% yaxşılaşaraq 87,8% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 (+31) şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 (+7) nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 19.564, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 247 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 254 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2022-ci il ilə müqayisədə 1 ton 46 kq çox və ya 4 ton 464 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 268 ton 881 kq olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

Paytaxt – Bakı şəhəri

2023-cü il də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 34.783 cinayətin 15.759-u və ya 45,3%-i Bakı şəhəri üzrə olmuş, açılması 87,4% təşkil etmişdir. Həmin cinayətlərin 82,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 %-i ağır və xüsusilə ağır növlərdir.
2022-ci il ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 1,3%, seksual xarakterli zorakılıq hərəkətləri 5,3%, oğurluq 18,2%, soyğunçuluq 27,5%, quldurluq 23%, xuliqanlıq 16,8%, narkotik vasitələrlə bağlı cinayətlər 13,4%, insan alveri cinayətləri 16,8% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 82,3%-i, şəxsiyyət əleyhinə olanların 97,8%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 99,4%-i, zorlama cinayətlərinin 71,4%-i açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 192, o cümlədən 34 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, həmin hüquqazidd əməllərə görə 426 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər açılması yüksək olmaqla 87,3% təşkil etmişdir.

Səhifənin son yenilənmə tarixi: 01.07.2025

Geriyə qayıt Çap et