Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
2021-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində tövsiyə və tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq olunmuş, o cümlədən təhsil ocaqlarının, xüsusilə ali, orta ixtisas və tam orta ümumtəhsil məktəblərinin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına uyğun olaraq, ümumtəhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris cari ilin sentyabr ayının 22-də, orta və tam orta təhsil səviyyələri üzrə isə sentyabrın 29-da başlamışdır. 2021-ci ilin sentyabr ayından sonra İctimai Şura üzvləri ilə birgə təhsil ocaqlarının, xüsusilə ali, orta ixtisas və tam orta ümumtəhsil məktəblərinin tələbə və şagirdləri arasında uşaq və gənclərin qanunazidd əməllərdən qorunması, hüquqpozmaların profilaktikası və hüquqi-maarifləndirmə mövzularında keçirilmiş görüş, yığıncaq, konfrans və dəyirmi masa tədbirlərində milli-mənəvi dəyərlərə, qanunlara və etik normalara riayət olunması, cəmiyyətin və dövlətin maraqlarına zidd təzahürlərlə mübarizədə fəal vətəndaş mövqeyi nümayiş etdirilməsi məsələləri geniş müzakirə və təbliğat predmeti olmuş, ictimai və fərdlərarası münasibətlərdə, habelə ailə və məişətdə tolerantlığın əhəmiyyətindən danışılmışdır. «Narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi», «Narkomanlıq bəşəriyyətin mühüm problemi kimi», «Narkotiklərdən istifadənin hüquqi və sosial-mənəvi nəticələri», «Narkotiklər haqqında nə bilirik», «Narkomanlığın erkən təzahür formaları», «Erkən nikahların hüquqi məsuliyyəti və sosial-psixoloji aspektləri», «Ailə dəyərləri və qanunvericilik», «Ailə dövlətin xüsusi himayəsindədir», «Erkən nikahlar insan hüquqlarının pozulmasıdır», «Erkən nikah zorakılığın bir növü kimi», «Erkən nikahların profilaktikasında maarifləndirmənin rolu» və s. mövzularda 70-ə yaxın toplantı, çıxış, sual-cavab viktorinaları, diskussiya və dialoqlar keçirilmiş, məruzələr dinlənilmişdir. Respublika və yerli səhiyyə qurumlarının 20 narkoloq həkimlərinin, habelə təhsil orqanlarının 50 psixoloqlarının iştirakı ilə keçirilən tədbirlərdə 3 mindən artıq yuxarı sinif şagirdləri və onların qanuni nümayəndələri cəlb olunmuş, maraqlı fikir mübadiləsi aparılmış, tərəflərin sualları cavablandırılmışdır. 2021-ci ilin martın 2-də, 30-da, avqustun 13-də “Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması”, “Dini məbədlərin qorunması-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi”, zəfərə aparan yol-milli və dini həmrəylik” mövzusunda videokonfranslar keçirilmişdir. Tədbirlərdə hüquq mühafizə orqanlarının aidiyyəti əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Koronavirus infeksiyasının (COVİD-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində əhali arasında aparılan maarifləndirmə işlərində İctimai Şura üzvlərinin imkanlarından geniş istifadə olunmuşdur. Hazırda Respublikanın şəhər, rayon polis orqanlarında 431 nəfəri təqaüddə olan polis əməkdaşı olmaqla ümumilikdə 3.925 nəfər İctimai Şura üzvləri fəaliyyət göstərir. 2021-ci ilin müvafiq dövrü ərzində şəhər, rayon polis orqanlarına İctimai Şura üzvləri 1.333 inzibati xətanın aşkar olunmasında, eləcə də 301 xırda talama törətmiş şəxsin müəyyən olunmasında iştirak etmişlər. Həmçinin, İctimai Şura üzvlərinin məlumatı əsasında 186 cinayət açılmış, 168 nəfər axtarışda olan şəxs tutulmuş, 23 nəfər itkin düşmüş şəxs tapılmışdır. "Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın daxili işlər orqanlarında yerinə yetirilməsinə dair İş Planının müvafiq bəndlərinin icrası ilə bağlı tədbirlər davam etdirilir. Baş İctimai Təhlükəsizlik İdarəsi
Geriyə qayıt Çap et