Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətində olan DİN-in vəzifəli şəxslərinin siyahısı
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2023-cü il 5 aprel tarixli 3-13/Q13/2023 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin
S İ Y A H I S I
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) aşağıda göstərilən vəzifəli şəxsləri tərəfindən tərtib edilir:
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 158.1, 158.2, 159-161, 165, 180, 181.0.2, 181.0.3, 206-208, 290.3 (səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 368, 368-1, 443.1, 456, 525, 534, 590.2 və 592-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
1.1. daxili işlər naziri, onun müavinləri;
1.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin, Kibercinayətkarlıqla Mübarizə və İnsan Alverinə qarşı Mübarizə Baş idarələrinin, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin rəisləri, onların müavinləri;
1.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı, Narkotiklərlə Mübarizə, İstintaq və Təhqiqat, İctimai Təhlükəsizlik idarələrinin, Pasport və Qeydiyyat Şöbəsinin rəisləri, onların müavinləri;
1.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
1.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin baş təhqiqatçıları, təhqiqatçıları, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkilləri, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektorları və inspektorları.
- Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
2.1. daxili işlər naziri, onun müavinləri;
2.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, Profilaktiki işin təşkili idarəsinin rəisi, onun müavini, Profilaktiki işin təşkili idarəsinin polis sahə inspektorlarının işinin təşkili şöbəsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
2.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi;
2.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
2.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin baş təhqiqatçıları, təhqiqatçıları, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları.
- Məcəllənin 327.8, 332.4-332.7, 333.2-333.5, 334.2-334.5, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 342.8, 342.9, 343.2, 343.3, 343.5-343.7, 349, 351, 353.5, 511 və 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
3.1. daxili işlər naziri, onun müavinləri;
3.2. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri;
3.3. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi;
3.4. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi;
3.5. ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri;
3.6. dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri;
3.7. ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat və təşviqat üzrə inspektorları, yol patrul xidməti baş inspektorları və inspektorları;
3.8. alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, taqım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları.
- Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
4.1. daxili işlər naziri, onun müavinləri;
4.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik, Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin rəisləri, onların müavinləri;
4.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı, İstintaq və Təhqiqat, İctimai Təhlükəsizlik idarələrinin rəisləri, onların müavinləri;
4.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri.
- Məcəllənin 388-2.0.1, 388-2.0.6, 388-2.0.7, 401.2, 401.3 və 429.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
5.1. daxili işlər naziri, onun müavinləri;
5.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik, Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə və Nəqliyyatda Baş Polis idarələrinin rəisləri, onların müavinləri;
5.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı, İstintaq və Təhqiqat, İctimai Təhlükəsizlik idarələrinin rəisləri, onların müavinləri;
5.4. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçıları, baş təhqiqatçıları, təhqiqatçıları, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri, baş əməliyyat müvəkkilləri və əməliyyat müvəkkilləri;
5.5. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Profilaktiki işin təşkili idarəsinin rəisi, onun müavini, Profilaktiki işin təşkili idarəsinin polis sahə inspektorlarının işinin təşkili şöbəsinin rəisi, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
5.6. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
5.7. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin baş təhqiqatçıları, təhqiqatçıları, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektorları və inspektorları.
- Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
6.1. daxili işlər naziri, onun müavinləri;
6.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, İcazə sistemi bölməsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
6.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi.
- Məcəllənin 515.0.2-515.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
7.1. daxili işlər naziri, onun müavinləri;
7.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, Profilaktiki işin təşkili idarəsinin rəisi, onun müavini, Profilaktiki işin təşkili idarəsinin milli, dini məsələlər üzrə şöbəsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
7.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi;
7.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri;
7.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin baş təhqiqatçıları, təhqiqatçıları, polis sahə rəisləri, polis sahə inspektorları.
- Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
8.1. daxili işlər naziri, onun müavinləri;
8.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, Profilaktiki işin təşkili idarəsinin rəisi, onun müavini, Profilaktiki işin təşkili idarəsinin milli, dini məsələlər üzrə şöbəsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
8.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi;
8.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
8.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin baş təhqiqatçıları, təhqiqatçıları, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları.
- Məcəllənin 517-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
9.1. daxili işlər naziri, onun müavinləri;
9.2. Nazirliyin Baş İctimai Təhlükəsizlik, Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə idarələrinin rəisləri, onların müavinləri;
9.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı, Narkotiklərlə Mübarizə, İstintaq və Təhqiqat, İctimai Təhlükəsizlik idarələrinin rəisləri, onların müavinləri;
9.4. Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Profilaktiki işin təşkili idarəsinin rəisi, onun müavini, Profilaktiki işin təşkili idarəsinin milli, dini məsələlər üzrə şöbəsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
9.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri;
9.6. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin baş təhqiqatçıları, təhqiqatçıları, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları.
- Məcəllənin 517-2-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
10.1. daxili işlər naziri, onun müavinləri;
10.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
10.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı, Narkotiklərlə Mübarizə, İstintaq və Təhqiqat, İctimai Təhlükəsizlik idarələrinin, Pasport və Qeydiyyat Şöbəsinin rəisləri, onların müavinləri;
10.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri;
10.5. şəhər, rayon polis idarələrinin (şöbələrinin), ərazi polis şöbə və bölmələrinin, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin, bölmələrinin, məntəqələrinin baş təhqiqatçıları, təhqiqatçıları, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri, baş əməliyyat müvəkkilləri, əməliyyat müvəkkilləri, polis sahə rəisləri, polis sahə inspektorları, yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektorları və inspektorları.
10.6. Daxili Qoşunların hərbi hissələrinin komandirləri.
- Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
11.1. daxili işlər naziri, onun müavinləri;
11.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
11.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri;
11.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin rəisləri, onların müavinləri.
- Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
12.1. daxili işlər naziri, onun müavinləri;
12.2. Nazirliyin Baş Cinayət Axtarışı, Baş İstintaq və Təhqiqat, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş Narkotiklərlə Mübarizə, Baş İctimai Təhlükəsizlik, Baş Pasport, Qeydiyyat və Miqrasiya, Nəqliyyatda Baş Polis idarələrinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri, onların müavinləri;
12.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri;
12.4. şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, xətt polis şöbələrinin rəisləri, onların müavinləri.
- Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə:
13.1. daxili işlər naziri, onun müavinləri;
13.2. Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, onun müavinləri, İcazə sistemi bölməsinin rəisi, onun müavini, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları, baş inspektorları və inspektorları;
13.3. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi.