Daxili İşlər Nazirliyinin strukturu
Katiblik (baş idarə səlahiyyətli)
Daxili işlər orqanlarında vətəndaşların qəbulu və müraciətlərinə baxılması, icra intizamına nəzarət, sənədlərlə işin və elektron kargüzarlığın təşkili, dövlət sirrinin mühafizəsinin təmini, kodlaşdırılmış sənədlər üzrə fəaliyyəti həyata keçirən baş idarə səlahiyyətli struktur qurumdur.
Baş Təşkilat-İnspeksiya İdarəsi
Növbətçi Hissələri İdarəetmə Xidməti (idarə səlahiyyətli)
Baş Cinayət Axtarışı İdarəsi
Baş İstintaq və Təhqiqat İdarəsi
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Baş Narkotiklərlə Mübarizə İdarəsi
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçiliyi, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və nəqliyyatda polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən struktur qurumdur.
Daxili Təhlükəsizlik İdarəsi
Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsi
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş DİN-in səlahiyyətlərinə aid tədbirləri həyata keçirən struktur qurumdur.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi
Xüsusi polis qurumu olaraq insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması və açılması, əməliyyat-axtarış fəaliyyəti və cinayət təqibinin həyata keçirilməsi, insan alveri qurbanlarının müəyyən edilməsi, onların hüquqlarının müdafiəsi və sosial reabilitasiyası sahəsində müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş funksiyaları yerinə yetirən struktur qurumdur.
Kriminalistik Tədqiqatlar İdarəsi
Baş İctimai Təhlükəsizlik İdarəsi
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Daxili Qoşunların Baş İdarəsi
Nəqliyyatda Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsini, yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatı, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışını və qeydiyyatını, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsini, yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edən, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu və hesabatını aparan struktur qurumdur.
Baş Mühafizə İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsini, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, həmçinin bu məsələlərə dair mərkəzləşmiş uçot işini, qanunsuz miqrasiyanın profilaktikasını təşkil edən struktur qurumdur.
Səfərbərlik işləri və mülki müdafiə idarəsi
Fövqəladə hallar zamanı DİN-in baş idarə, idarə və şöbələrində mülki müdafiə məsələlərinə dair işin planlaşdırılmasını və onların yerinə yetirilməsini təmin edən struktur qurumdur.
İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)
Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən struktur qurumdur.
Baş Kadrlar İdarəsi
Daxili Təhqiqatlar İdarəsi
Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifələrin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasını həyata keçirən struktur qurumdur.
Şəxsi Heyətlə İş İdarəsi
Şəxsi heyətin mənəvi-psixoloji təminatı, orqan və hissələrdə xidməti intizamın möhkəmləndirilməsi, əməkdaşların sosial-hüquqi müdafiəsi, intizam təcrübəsinə dair statistik məlumatların hazırlanması və təhlil edilməsi, habelə daxili işlər orqanları üzrə dövlət gender siyasəti ilə bağlı fəaliyyətin təşkili funksiyasını həyata keçirən struktur qurumdur.
Beynəlxalq Əməkdaşlıq İdarəsi
Xarici dövlətlərin hüquq-mühafizə orqanları və müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması, inkişaf etdirilməsi, Azərbaycanın qoşulduğu Konvensiyalarda nəzərdə tutulmuş aidiyyəti öhdəliklərin yerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi funksiyalarını həyata keçirən struktur qurumdur.
Baş İnformasiya-Kommunikasiya İdarəsi
Mətbuat Xidməti (idarə səlahiyyətli)
Cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair görülmüş işlərin və əldə olunmuş nəticələrin dövrü mətbuatda işıqlandırılması, kütləvi informasiya vasitələri və ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkili funksiyalarını həyata keçirən struktur qurumdur.
Maliyyə-Plan İdarəsi
Nazirliyin orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən struktur qurumdur.
Maddi-Texniki Təminat Baş İdarəsi
Tibb İdarəsi
Komendant Xidməti (idarə səlahiyyətli)
İdman cəmiyyəti (idarə səlahiyyətli)
Daxili işlər orqanlarında və Daxili Qoşunlarda əməkdaşların və hərbi qulluqçuların fiziki hazırlığının artırılması və idmanın kütləviliyinin təmin edilməsi sahəsində funksiyaları həyata keçirən struktur qurumdur.
Polis Akademiyası
Daxili İşlər Nazirliyinin Polis Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan və hüquqi şəxs statusuna malik xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
DİN-in Polis Akademiyasında müasir təhsil texnologiyaları əsasında: əlavə təhsil proqramı üzrə - ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, təkrar ali təhsil; ali təhsilin hər üç səviyyəsi – bakalavriatura, magistratura və doktorantura üzrə mütəxəssis hazırlığı həyata keçirilməklə müvafiq elmi araşdırmalar aparılır.
- Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi
- Daxili Qoşunların hərbi hissə və bölmələri
- Daxili Qoşunların Ali Hərbi Məktəbi
- Polis Akademiyası (baş idarə səlahiyyətli)
- Sıravi və kiçik rəis heyəti hazırlayan məktəb
- Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri
- Bakı Şəhər Baş Polis İdarəsi
- Gəncə Şəhər Baş Polis İdarəsi