Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2020-ci ilin yekun təhlili

2020-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair  təhlil

2020-ci il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunaraq kriminogen durum nəzarətdə saxlanılmışdır. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən Azərbayjan Respublikası əhali sayının 10 milyon insanı keçməklə hər 100 min nəfərinə düşən cinayətlərin azlığına (257) görə keçən ildə MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuşdur. 
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26004 (2019-cu il ilə müqayisədə -668 fakt və ya -2,5%) cinayət qeydə alınmışdır. Onların 24566 və ya 94,5%-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu hüquqpozmaların 86,7% böyük ictimai təhlükə törətməyən (6853) və az ağır (14450), 13,3%-ni (3263) ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 5613-ü (2019-ci illə müqayisədə 444 və ya +8,6 % çox) şəxsiyyət əleyhinə, 9712-i (-957; -9,0%) iqtisadi sahədə törədilən, onlardan 9388-i (-923; -9,0%) mülkiyyət əleyhinə, 8414-ü (+596; +7,6%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 732-i (-103; -12,3%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 85,5%, insan alveri ilə bağlı cinayətlərin 98,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 98,6% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 98,1%), qaçaqmalçılıq cinayətlərinin 97,2%, xuliqanlıqların 97,0%, qəsdən sağlamlığa ağır zərər vurma və zorlamaların 96,3%, dələduzluqların 94,5%, qəsdən adam öldürmələrin 94,0%, narkotik vasitələrlə bağlı cinayətlərin 92,9%, quldurluqların 92,2%, hədə-qorxu ilə tələb etmələrin 91,3%, mənimsəmə və israf etmələrin 82,8%-nin açılması təmin edilmişdir. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 84,1%  təşkil etmişdir.   
İstintaqı tamamlanaraq məhkəməyə göndərilmiş cinayət işlərinin sayı 4% artaraq 11593 olmuş, ibtidai istintaq zamanı vətəndaşlara dəymiş maddi ziyanın 94,0%-nin ödətdirilməsi təmin edilmişdir.
Cinayətlərin strukturunda xuliqanlıqlar -36,5% (-288), qaçaqmalçılıq -30,5% 
(-68), quldurluqlar 16,9% (-20), oğurluqlar -11,8% (-857), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər -10,1% (-16), soyğunçuluqlar -7,8% (-23), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -6,0% ((-132) o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlər -15,3% və ya -97)), dələduzluqlar -1,2% (-25), qəsdən sağlamlığa ağır zərər vurma -0,3% (-1) azalmışdır. 
Bağlı qalmış 3450 cinayətin 3106-ı (90%) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 344-ü (10%) ağır və xüsusilə ağır növləri təşkil etmişdir. Onlardan 2697-i (78,1%) mülkiyyət əleyhinə, 328-i (9,5%) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 132-i (3,8%) şəxsiyyət əleyhinə olan cinayətlərdir. 
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 5041 (+965), o cümlədən onların satışı ilə bağlı 1738 (+459) fakt üzrə qanunsuz dövriyyədən bütövlükdə 1 ton 873 kiloqram narkotik vasitə götürülmüşdür. Güclü təsirə malik narkotik vasitələr sinifinə aid olan 839  kiloqram tiryək və heroin dövriyyədən çıxarılmış, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 301 nəfərdən ibarət 131 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 4084 nəfərdən 2853-ü (+30,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 1239-u (+39,4%) əvvəllər cinayət törətmiş, 69-u (+1,5%) qadınlardır.
İnsan alverinə qarşı aparılan mübarizə sistemli və ardıcıl olmuşdur. Hesabat dövründə 155 insan alveri və 5 məcburi əmək cinayəti müəyyən edilmiş,
3 cinayətkar qrup zərərsizləşdirilərək, insan alverinin qurbanı olmuş 94 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 310, o cümlədən 48 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması baxımından xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 39 (+13) saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Qanunsuz dövriyyədən 1672 ədəd müxtəlif nominalda saxta əskinas, istifadə müddəti ötmüş 4790 ton yeyinti məhsulu və tikinti materialı çıxarılmışdır.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa elan edilmiş 66 nəfərin, habelə bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 47 şəxsin yeri müəyyən olunmuşdur. 
Hesabat dövründə axtarışda olan 4643 təqsirləndirilən şəxsdən 3744-nün (80,6%), itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 805 şəxsdən 665-nin (82,6%) yeri müəyyən edilmişdir. 
Soyğunçuluğa (94,3%), narkotiklərlə bağlı cinayətlərə (92,7%), oğurluqlara (91,0%) və xuliqanlığa (89,7%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2237 şəxsi birləşdirən 882 cinayətkar qrup zərərsizləşdirilmişdir. 
2020-ci il ərzində cinayət təqibi nəticəsində 12799 şəxs məsuliyyətə cəlb edilmiş, onlardan 7906-sı (+6,4%) işləməyən və oxumayan, 2668-i (+26,4%) əvvəllər məhkum edilmiş, 554-ü (-14,5%) qadın, 320-si (-1,5%) yetkinlik yaşına çatmayanlar olmuşdur.
 
                                                 Paytaxt – Bakı şəhəri

Bakı şəhəri digər MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz və sabit şəhərlərdən biri sayılır. Hazırda paytaxt əhalisinin sayı 3 milyona yaxındır (rəsmi qeydiyyatda olanlar).   
Şəhərdə ictimai asayişin vəziyyətinə nəzarətin fasiləsiz həyata keçirilməsi “Təhlükəsiz şəhər” Sistemi tərəfindən təmin olunmuş, yol hərəkəti təhlükəsizliyi və  qaydalarına riayət olunması yönümündə texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilmiş, yeni kameralar quraşdırılaraq müvafiq texniki vasitələrin sayı ötən ildə 13365 minə çatdırılmışdır. Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmiş, xüsusilə respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə, o cümlədən Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı ictimai asayişin və ictimai təhlükəsizliyin təmini sahəsində vəzifələr layiqincə yerinə yetirilmişdir.
2020-ci il ərzində ölkədə daxili işlər və prokurorluq orqanları tərəfindən qeydiyyata alınmış 24566 cinayətin 10509-u və ya 42.8%-i ölkə paytaxtı Bakı şəhərinin payına düşür. Qeydiyyata alınmış cinayətlərin 86,2%-ni az ağır və böyük ictimai təhlükə törətməyən, yalnız 13,8%-ni ağır və xüsusilə ağır növlər təşkil edir. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin 70,7%-nin, insan alveri ilə bağlı 
99,4%-nin, şəxsiyyət əleyhinə 96.2%-nin, ictimi təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin 91,6%-nin açılması təmin edilmişdir. 
2019-cu illə müqayisədə ümumi cinayətlərin sayında 6,0%, qəsdən adam öldürmələrdə 28,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar üzrə 28,4%, dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdə 23,8%, mülkiyyətlə bağlı cinayətlərdə 15,4%, adam öldürməyə cəhdlər üzrə 11,5%, xuliqanlıqlarda 2,3 dəfə azalma dinamikası müşahidə edilmiş.  
Qəsdən sağlamlığa ağır zərər vurmaların 97,1%-i, qəsdən adam öldürmələrin 91,1%-i zorlama cinayətlərinin isə 87,5%-i açılmışdır.
2019-cu illə müqayisədə xarici vətəndaşlara qarşı törədilən cinayətlərin dinamikasında 14% azalma müşahidə olunmuş, onların xüsusi çəkisi Bakı şəhəri üzrə cəmi 0,7 faiz təşkil etmişdir. Araşdırılan bu növ 74 hüquqpozmadan 64-ü və ya 82.1%-nin açılması təmin edilmişdir. Həmin cinayətlərdən 67-i və ya 90,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, o cümlədən 4 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma faktları olmuşdur.  
İctimai yerlərdə törədilən cinayətlər 51% azalaraq 313 fakt (188-küçə, meydan, parkda, 125-i digər ictimai yerdə) olmuşdur. Ailə münaqişəsi ilə bağlı törədilən cinayətlərdə də 8,8% azalma müşahidə edilmişdir ki, bu da cəmi 45 fakt təşkil etmişdir. 
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 165, o cümlədən 33 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Dövlətin iqtisadiyyatına təhlükə yaradan xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 16 saxta pul hazırlama və satma cinayət faktları aşkarlanmışdır.  
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmış,  ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 254 təqsirləndirilən şəxs tutulmuşdur.                                                           
   
                                              Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Geriyə qayıt Çap et