DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Apellyasiya Şurasının 2019-cu il 13 iyun tarixli iclası

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Abşeron rayonu Xırdalan şəhəri Nəvai küçəsi ev 13 ünvanda yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından əsassız imtina olunması barədə şikayətinə Daxili İşlər Nazirliyinin Apelyasiya Şurasının 2019-cu il 13 iyun tarixli iclasında baxılmışdır.

Şikayətdə əksini tapmış məsələlər tam, hərtərəfli və obyektiv araşdırılaraq ətraflı müzakirə edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.4.1-ci bəndinə əsasən təmin edilməsi barədə qərar qəbul olunmuşdur. Müraciətə baxılmasının nəticələri və qərardan şikayət verilməsi qaydası barədə “Yapı Kredi Bank Azərbaycan” QSC rəsmi məlumatlandırılmışdır. 
Geriyə qayıt Çap et