Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Apellyasiya Şurasının 2017-ci il 27 yanvar tarixli iclası
Vətəndaş Qəhrəman Abuşovun “Sədd-M” Məhdud Məsuliyyətli Cəmiyyətə özəl mühafizə fəaliyyəti ilə məşğul olması üçün lisenziya verilməsindən əsassız imtina olunması barədə müraciətinə Daxili İşlər Nazirliyinin Apellyasiya Şurasının 2017-ci il 27 yanvar tarixli iclasında baxılmışdır.
Vətəndaş Q.Abuşovun şikayətində əksini tapmış bütün məsələlər ətraflı müzakirə edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə»nin 7.3.3-cü bəndinə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmuşdur. Müraciətinə baxılmasının nəticələri və qərardan şikayət verilməsi qaydası barədə vətəndaş Q.Abuşov rəsmi məlumatlandırmışdır.