DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Dövlət xidmətləri

Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.

Elektron ödəmələr

Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.

Elektron xidmətlər kabineti

DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.

E-xidmətlər kabineti

Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi

 

XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimatın 2.1. bəndinin tələbinə görə nəqliyyat vasitələrinin ilkin qeydiyyata alınması zamanı hüquqi şəxslər üçün təlimatda göstərilmiş 1 nömrəli ərizə forması ilə, fiziki şəxslər üçün 2 nömrəli ərizə forması ilə müraciət edilir.
Nəqliyyat vasitələrinin ilkin qeydiyyata alınması zamanı ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1)ərizə;
2)Azərbaycan Respublikası vətəndaşının  şəxsiyyət vəsiqəsi (müvafiq  olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında  vəsiqə və ya Azərbaycan Respublikasının  hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3)Azərbaycan Respublikasının  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq  sənəd və ya  məhkəmənin  qərarı;
4)Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbz;
5)xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin  daimi qeydiyyatından  çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, təqdim edilən sənədlərin əsli qəbul edilir. Avtomobilin sahibliyini təsdiq edən sənəd, gömrük orqanlarının icazə sənədi, məhkəmə orqanlarının qərarı və s. 
Avtomobil müayinədən keçirilməsi üçün texniki baxışa təqdim olunmalıdır.
Nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması zamanı hüquqi şəxslər üçün Təlimatda göstərilmiş 1 nömrəli ərizə forması, fiziki şəxslər üçün 3 nömrəli ərizə forması ilə müraciət edilir.
Avtomobil müayinədən keçirilməsi üçün texniki baxışa təqdim olunur.
Nəqliyyat vasitəsi təkrar qeydiyyata alınan zaman aşağıdakı sənədlər tələb olunur:
hüquqi şəxslər üçün təlimatda göstərilmiş 1 nömrəli ərizə forması;
fiziki şəxslər üçün  təlimaitda göstərilmiş 2 nömrəli ərizə forması.
nəqliyyat vasitəsinin sahibi dəyişdirilməklə təkrar qeydiyyata alınan zaman təlimatda göstərilmiş 2 nömrəli, 3 nömrəli və 1 nömrəli əlavədə göstərilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi təqdim edilir.

Əsli mütləq tələb olunan sənədlərin siyahısı:
1)nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi
2)vətəndaşın şəxsiyyət vəsiqəsi
3)Hesab-arayış

Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılması siyahısı

Yük avtomobillərinin şassilərinə bortlu, yükü özüboşaldan banların, çənlərin ( o cümlədən təhlükəli maye çənlərinin) quraşdırılması və ya onların qarşılıqlı surətdə əvəz  edilməsi, standart yəhərli qurğuların quraşdırılması və ya digər yük banları ilə qarşılıqlı surətdə əvəz edilməsi.
Bu halda nəqliyyat vasitəsi aşağıdakı təhlükəsizlik tələblərinə cavab  verməlidir:
-eninə olan qabarit ölçülər, tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;
-ban, çən və ya yəhərli qurğular standart bağlayıcı detallarla bərkidilməlidir; (təhlükəli yük üçün nəzərdə tutulan çənlər müvafiq tələblərə uyğun olmalıdır)
-yəhər qurğusunun arxa körpüyə nisbətən yerləşməsi kütləvi istehsalda olan həmin  markalı yəhərli  dartqılara uyğun gəlməli və dartqı ilə yarımqoşqunun  üfiqi  müstəvi üzərində nisbi birləşmə səthində hər tərəfə ən azı 90 dərəcə dönməsini təmin etməlidir.

Qoşquların, yarımqoşquların üzərində furqon  banların çənlərin və digər xüsusi avadanlıqların quraşdırılması
-qoşqunun  (yarımqoşqunun) eninə olan qabarit ölçüləri, tam kütləsi qoşqunun (yarıqoşqunun) əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır:
-çən, furqon, digər aqreqat və avadanlıqlar qoşquya  (yarımqoşquya) standart bağlayıcı detallarla bərkidilməlidir (təhlükəli mayelər üçün nəzərdə tutulan çənlər xüsusi tələblərə uyğun olmalıdır);
-qoşqu yol hərəkəti qaydalarına uyğun işıq əksetdiricilərlə və əlavə sığorta trosu və ya zənciri ilə təmin olunmalıdır.

Yük avtomobillərinə yük qaldırıcı bortların, bucurqadların, hidravlik kranların, betonqarışdırıcı qurğuların, beton nasoslarının və s. quraşdırılması.
Belə qurğuların avtomobilə quraşdırılması istehsalçı zavodun və ya yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun  (laboratoriyanın) rəyinə uyğun zavod və ya  müvafiq təmir bazası olan nəqliyyat müəssisəsi şəraitində aparılmaqla, onun dayanıqlığı təmin edilməlidir. Hidravlik kranın  qülləsi hərəkət zamanı  tərpənməməsi üçün bərkidilməlidir. Avtomobillərdə xarici işıq cihazlarının və dövlət qeydiyyat nişanlarının üstü  örtülməməli, görünməsi təmin edilməlidir. Bu vaxt aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:
-eninə olan qabarit ölçülər, tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;
-quraşdırılmış avadanlıq zavod istehsalı olmalı və avtomobilə etibarlı surətdə bərkidilməlidir.
 
Avtomobillərin mühərriklərinin və banlarının dəyişdirilməsi
Bu növ yenidən quraşdırmalar əsasən istehsalçı zavodun və ya yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəylərinə uyğun olaraq aparılır (mühərriklərin gücləri, qabaritlər və digər texniki göstəricilər uyğun gəlirsə, təhlükəsizliyi təmin edirsə və s.) .

Kütləvi istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda (ban dəyişdirilmədən) xüsusi avadanlıqların quraşdırılması 
Bu halda yenidən quraşdırılmış avtomobillər aşağıdakı hərəkət təhlükəsizliyi tələblərinə cavab verməlidir:
-tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;
-xüsusi avadanlıqlar dayanıqlı, etibarlı bərkidilməlidir;
-minik avtomobillərində xüsusi avadanlıqların iti, xəsarət yetirə biləcək çıxıntıları olmamalıdır;
-minik avtomobillərində xüsusi avadanlıqlar idarəetmə sisteminə yaxın yerdə quraşdırılmamalı və arxa pəncərəni örtməməlidir.

Yük avtomobillərinin şassilərinə emalatxana, poçt, sənaye və ərzaq malları, mebel və digər yüklər daşımaq  üçün  furqon banların quraşdırılması
Yenidən quraşdırılmış furqon banlı avtomobillər hərəkət təhlükəsizliyinin aşağıdakı tələblərinə cavab verməlidir:
-banın eninə olan qabarit ölçüsü, tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;
-furqonun qapısı arxadan və yaxud sağdan qoyulmalıdır;
-emalatxananın avadanlıqları etibarlı bərkidilməlidir;
-furqonun bayır tərəfindən yan səthlərində xəsarət törədə biləcək iti çıxıntılar olmamalıdır;
-furqon banlı avtomobilin kabinasının yan tərəflərində arxanı göstərən standart güzgülər qoyulmalıdır.
Yük və avadanlıqla birgə sərnişin daşınması ( təmir briqadası, yük müşayiətçisi, yükləyici və s.)  da nəzərdə tutulmuş furqon banlı yük-sərnişin tipli avtomobillərdə əlavə olaraq hərəkət təhlükəsizliyinin aşağıdakı tələbləri təmin etməlidir:
-hər adam üçün  oturacaq qoyulmalıdır;
-furqonda quraşdırılmış avadanlıqların iti, xəsarət törədə biləcək çıxıntıları olmamalıdır;
-furqonda yükün yerdəyişməsinin qarşısının alınması  təmin olunmalıdır;
-furqonun qapısı içəridən və bayırdan açılmalıdır;
-furqon ventilyasiya, işıq və sürücü kabinası ilə rabitə  (siqnal, telefon, işıq və s.) ilə təchiz olunmalıdır.

Yük avtomobillərinin şassisinə sərnişin daşınması üçün nəzərdə tutulmuş furqon banların quraşdırılması
Sərnişin daşınması üçün nəzərdə tutulmuş yenidən quraşdırılmış furqon banlı avtomobillər aşağıdakı əsas hərəkət təhlükəsizliyi tələblərinə cavab  verməlidir:
-furqon banlı avtomobilin qabarit hündürlüyü 3,8 m-dən artıq olmamaqla, eninə qabariti istehsalçı zavodun nəzərdə tutduğu hədlərdə olmalıdır;
-tam kütlənin körpülər üzrə paylanması avtomobilin əsas xarakteristikasına uyğun olmalıdır;
-furqon ban çərçivəyə və ya yük avtomobilinin banına etibarlı bərkidilməlidir;
-banın hündürlüyü yalnız sərnişinlərin oturaq halda daşınmasını  təmin etməlidir;
-furqonun qapısı arxasında olmaqla içəridən və bayırdan açılmalı, avtomobil tipli  qıfılla, pilləkən və tutacaqla təmin edilməlidir;
-furqonun yan tərəflərində daxildən və xaricdən heç bir alətdən istifadə edilmədən ancaq xaricə açılan, qəza zamanı çıxmaq üçün 600x800 mm ölçüdə pəncərələri olmalıdır, furqon ventilyasiya, işıq, avtomobil qızdırıcısı, sürücü kabinası ilə iki tərəfli işıq və səs siqnalı, yanğınsöndürən və tibb apteçkası ilə təchiz edilməlidir.
Furqon banlı avtomobillər xarici işıq cihazlarla, o cümlədən furqonun yuxarısında qabaqdan ağ, arxadan qırmızı qabarit işıqlar ilə təmin edilməlidir.

Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması
Bu növ  yenidən quraşdırmaya istehsalat tələbatı, istismar şəraiti ilə əlaqədar, Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun  (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə  verilir. Belə quraşdırmalar bu cür xidmətlər üçün nəzərdə tutulmuş texniki təmir sahələrində aparılmalıdır. Həmin texniki təmir sahəsi quraşdırma işlərini texniki tələblərə uyğun  aparılmasını və təhlükəsiz  işləməsini təmin etməlidir.

Vaqon tipli furqon avtomobillərin, avtobus banlı və ya şassisi olan xüsusi təyinatlı avtomobillərin avtobus kimi yenidən quraşdırılması
Bu növ yenidən quraşdırma zamanı nəqliyyat vasitəsinin banında olan xüsusi avadanlıqlar sökülərək, orada kütləvi istehsalda olan avtobuslara uyğun oturacaqlar quraşdırılır. Avtomobil aşağıdakı təhlükəsizlik tələblərinə cavab verməlidir:
-oturacaqlar sərnişinin üzü hərəkət istiqamətində əyləşməsini təmin etməlidir;
-oturacaqlar xəsarət törədə biləcək iri çıxıntılara malik olmamalı, bana elə bərkidilməlidir ki, kəskin tormozlanma və ya hərəkətə başlayarkən onların tərpənməsinin qarşısı alınsın;
-qəza zamanı sərnişinlərin çıxması üçün nəzərdə tutulmuş pəncərələrin işlək olması təmin edilməlidir.
Yük-sərnişin, sərnişin avtomobillərində oturacaqların sayı istehsalçı zavod tərəfindən nəzərdə tutulan konstruksiyaya uyğun quraşdırılır.

 
Nəqliyyat vasitələrinə əlavə yanacaq bakının quraşdırılması
Bu halda aşağıdakı təhlükəsizlik tələblərinə riayət olunmalıdır:
-əlavə yanacaq bakı zavod tərəfindən istehsal olunmuş baklara uyğun səviyyədə hazırlanmalı, zavodun nəzərdə tutduğu təhlükəsizlik qaydalarına riayət edilməlidir. Yanacaq bakının nəqliyyat vasitəsinə quraşdırılması və bərkidilməsi texniki  normalara müvafiq aparılmalı, quraşdırılma elə aparılmalıdır ki, yol nəqliyyat hadisəsi zamanı bak zədələnməsin.

QEYD:  Yenidən quraşdırmalar zamanı bu Təlimatla nəzərdə tutulmayan hallar meydana çıxarsa, qanuna uyğun olaraq qüvvədə olan digər normativlər əsasında Baş DYP İdarəsinin razılığı ilə həyata keçirilə bilər.

Nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi zamanı   Dövlət Yol Polisindən, ərazi üzrə qeydiyyat-imtahan bölməsindən və ya müayinə mərkəzindən avtomobilin texniki vəziyyəti barədə texniki baxış aktı tələb oluna bilər.


 Nəqliyyat vasitəsinin  konstruksiyasında  standartlara, qayda və normalara əməl  olunması barədə tələbnamə (elektron variantını yüklə)
 Nəqliyyat vasitələri konstruksiyalarının razılaşdırılması barədə şəhadətnamə (elektron variantını yüklə)
 Ərizə forması (elektron variantını yüklə)
 Fərdi qaydada hazırlanmış avtomobilin (motosikletin, qoşqunun) Texniki xarakteristikası (elektron variantını yüklə)
 Fərdi qaydada hazırlanmış avtomobil  (motosiklet, qoşqu) barədə rəy (elektron variantını yüklə)


https://www.dxr.az/xidmet/22768