DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Dövlət xidmətləri

Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.

Elektron ödəmələr

Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.

Elektron xidmətlər kabineti

DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.

E-xidmətlər kabineti

Sürücülük vəsiqələrinin verilməsi

 
XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

                                           Sürücülük vəsiqələrinin verilməsi qaydaları

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1)Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2)müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq  keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar DYP  orqanında qeydiyyata götürülməsi barədə sənəd;
3)Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
4)müvafiq dövlət rüsumunun (20 manat – imtahanların qəbulu üçün) ödənilməsi qəbzi.
Sürücülük vəsiqəsi DİN Baş DYP İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə, onlar tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş dövlət rüsumunun (18 manat məbləğində) ödənilməsi barədə qəbz təqdim edildikdə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti  tərəfindən müəyyən edilmiş «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

                              Sürücülük vəsiqəsinin dəyişdirilməsi qaydaları

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
1)onun etibarlılıq müddətinin qurtarması;
2)sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3)onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4)onun yararsız hala düşməsi;
5)onun  itirilməsi;
6)yeni nümunəsinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının  Qanunu ilə müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında və 18 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edildikdə, əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin ərazi üzrə qeyldiyyat-imtahan məntəqəsi tərəfindən bir gün ərzində həyata keçirilir. 
Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.

Əsli mütləq tələb olunan sənədlər:
1)sürücülük vəsiqəsi;
2)şəxsiyyət vəsiqəsi.

 Nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması (elektron variantını yüklə)


https://www.dxr.az/xidmet/25130