Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Akademiyası

Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuşdur. Məktəb 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmişdir. 1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür.

1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.

1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda – Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.

70-80-ci illərdə respublikaya rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli kateqoriya verildi.

2021-ci ildə 100 illik yubileyini qeyd edən Polis Akademiyası hazırda bir neçə tədris və inzibati binalardan ibarət, ölkənin daxili işlər orqanlarının kadr təminatının yükünü üzərinə götürmüş, həmçinin beynəlxalq elmi-praktik konfranslara ev sahibliyi edən nəhəng bir təhsil ocağıdır. Akademiya haqqında daha ətraflı məlumatları onun rəsmi saytından əldə edə bilərsiniz: https://www.pa.edu.az/

 

     
 Heydər Əliyev muzeyi  Tədris korpusu  Yeni korpus
Geriyə qayıt Çap et