Rəhbərlik
Nazirliyə Azərbaycan Respublikasının daxili işlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
Azərbaycan Respublikasının daxili işlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.
Kollegiyanın sədri tutduğu vəzifəyə görə daxili işlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbayсan Respublikasının daxili işlər naziri general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu
1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2020-cil il 9 dekabr 2338 nömrəli Sərəncamı ilə "Zəfər" ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Ailəlidir. Üç övladı var.

Azərbayсan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Əzimov Seyfulla Səttar oğlu
1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi, 2020-ci il 1 iyul tarixli 2135 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir. İki övladı var.

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu
1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Ailəlidir. Üç övladı var.

Azərbayсan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Əliyev İsmət Rəşid oğlu
1981-ci ildən daxili işlər orqanlarinda xidmət edir.
1981-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi, baş dövlət avtomobil müfəttişi, bölmə rəisi, Təbliğat və təşviqat şöbəsinin rəis müavini, idarə rəisinin müavini, Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi, Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, 2009-cu ildən DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 987 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 2280 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda” medalı, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.
Ailəlidir. İki övladı var.

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qоşunların Kоmandanı general-leytenant Məmmədоv Şahin İsgəndər оğlu
1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbini və 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının strateji tədqiqatlar və Dövlət müdafiəsini idarəetmə akademik kursunu bitirmişdir.
1979-1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1982-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almışdır.
1986-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir.
1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1992-1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında əlahiddə tabor komandiri, briqada komandirinin müavini - qərargah rəisi və alay komandiri vəzifələrində, 1998-ci ildən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 mart 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə və xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" və 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordenləri, 30 iyun 2002-ci il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" və 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu
1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1983-1989-cu illərdə Nərimanov rayon Daxili İşlər Şöbəsində və Bakı şəhər Daxili İşlər İdarəsinin Qərargahında inspektor, 1990-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.
1999-cu ildə Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, 2013-cü ildə daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2014-cü il 1 iyul tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir. İki övladı var.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki İsmayılov Rəşad Rafiq oğlu
20.09.1978-ci il tarixdə Şərur rayonunun Xok kəndində anadan olmuşdur.
2000-ci il tarixdə Ali Diplomatiya Kollecini, 2012-ci il tarixdə isə Naxçıvan Dövlət Universitetini bitirmişdir.
2000-2001-ci il tarixlərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
Culfa rayon Prokurorluğunun stajor-müstəntiqi, Culfa rayon Prokurorluğunun müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun böyük köməkçisi (Təşkilat-analtik məsələlər üzrə), Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin rəisi və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifələrində xidmət etmişdir.
25.01.2021-ci il tarixdən daxili işlər orqanlarında xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25.01.2021-ci tarixli 83-06/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07.02.2022-ci il tarixli 106-Vl FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.02.2021-ci il tarixli Ə268ş/h-001-21 nömrəli əmri ilə polis polkovniki xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, üç övladı var.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Daşdəmirov Arzu Arif oğlu
1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.
11.07.2016-cı ildə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2017-ci il tarixli 3040 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 988 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Məmmədxanlı Nurullah Abdulla oğlu

Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Hümbətov İslam Mövsüm oğlu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Hümbətov İslam Mövsüm oğlu
1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olmuşdur. 1989-cu ildə Barnaul Xüsusi Orta Milis Məktəbini, 1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.
DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləmişdir.
2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2021-ci il tarixli 2732 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu
1963-cü ildə Ermənistan Respublikası, Yeravan şəhərində anadan olmuşdur. 1988-ci ildə Vladimir Xüsusi Orta Milis Məktəbini, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.
1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində əməliyyat xidmətində müxtəlif məsul vəzifələrdə işləmişdir. O cümlədən, 2005-2020-ci illərdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət etmişdir.
2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunmuşdur.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 1610 nömrəli sərəncamı ilə "İgidliyə görə" və 01 iyul 2020-ci il tarixli 602 nömrəli sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2021-ci il tarixli 2732 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Ailəlidir, 3 övladı var.
