Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər Kriminal xronika Məlumatlar
Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində “Hyundai” markalı avtomobil aşmışdır
15 oktyabr 2021 11:31Oktyabrın 16-da saat 1 radələrində Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində kənd sakini Ramil Yusifov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır
15 oktyabr 2021 11:27Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılmışdır.

Sabunçu rayonunun Zabrat qəsəbə sakini N.Əliyevə kəsilmiş-deşilmiş xəsarətin həmyerlisi X.Abdullayev tərəfindən münaqişə zəminində yetirilməsi müəyyən edilmişdir
15 oktyabr 2021 11:24Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə oktyabrın 13-də saat 14 radələrində Zabrat qəsəbə sakini N.Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur. O, xəsarəti yıxılaraq dəmir parçası batması nəticəsində almasını bildirmişdir.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla həmin gün saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində həmyerlisi, əvvəllər məhkum olunmuş X.Abdullayevin münaqişə zəminində ona  bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Abdullayev saxlanılmışdır.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xətai rayonu ərazisində saxlanılmış Bakı şəhər sakini İ.Babayevdən narkotik vasitələr aşkar edilmişdir
15 oktyabr 2021 11:22Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini İ.Babayev Xətai rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 800 qram heroin, 27 qram metamfetamin, 2 ədəd bankomat kartı aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə oradan əlavə 390 qram heroin, 30 ədəd metadon həbi və elektron tərəzi götürülmüşdür.
Binəqədi rayonu ərazisində yerləşən qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən M.Salamov saxlanılmışdır
15 oktyabr 2021 11:21Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən qəbiristanlıqdakı qəbirləridən birinin ətrafina çəkilmiş çəpərin dəmir qapısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salamov saxlanılmışdır.
Qəbələ rayon sakini M.Qədirova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Kəlbəcər rayon sakini M.Məmmədov saxlanılmışdır
15 oktyabr 2021 11:19Qəbələ Rayon Polis Şöbəsinə oktyabrın 11-nə keçən gecə şəhər ərazisindən Yeni Dızaxlı kənd sakini M.Qədirova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kəlbəcər rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılmışdır. Onun qaçırdığı avtomobil isə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində tapılmışdır.

Araşdırma aparılır.
Astara şəhər sakini N.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi və 4 ədəd patron götürülmüşdür
15 oktyabr 2021 11:18Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini N.Əliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron götürülmüşdür.




Çap et  Çap et