Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.
Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 2 evdən oğurluq faktı ilə bağlı daxil olan müracət üzrə bir evdən 5015 manat pul, 5655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3500 manat pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.
Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.
Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.Yanvarın 25-də saat 20 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində şəhər sakini N.Şirizadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Yanvarın 25-də saat 17 radələrində Quba rayonunun Qırız kəndi ərazisində Bakı şəhər sakini R.Abbasov idarə etdiyi “Yamaha” markalı kvadrosikli aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini R.Ağayev paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır. Onun rayon ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram heroin və 105 qram metamfetamin aşkar edilərək götürülmüşdür.
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Q.Rəhimova məxsus 6 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılmışdır.