Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Baş Prokurorluğun və DİN-in Mətbuat Xidmətlərinin birgə məlumatı
06 02 2021 Gizli şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlərlə” açılmışdır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətlərinin məlumatı
05 02 2021 Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanılmışlar.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
30 01 2021 Xəbər verildiyi kimi, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 5 ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
28 01 2021 Bəzi şəxslər Oktay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini yenidən gündəmə daşımağa cəhdlər edir.
Sosial şəbəkə istifadəçilərinin nəzərinə!
23 01 2021 Sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
21 01 2021 Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə həkimlərin bütün səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucaldı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 21 01 2021 Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
19 01 2021 Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır
19 01 2021 Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.