Ölçü:
| Daxili işlər naziri Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşüb | |
| 14 07 2026 İyulun 14-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şuşa şəhərində ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının daxili işlər naziri Matuş Şutay-Eştok və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. |
| Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub | |
| 09 07 2026 İyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. |
| Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib | |
| 07 07 2026 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib. |
| Xalqa və dövlətə xidmət təntənəsi | |
| 02 07 2026 Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib. Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub. |
| Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək | |
| 25 06 2026 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. |
| DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub | |
| 21 06 2026 Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. |
| DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib | |
| 19 06 2026 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. |
| Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib | |
| 04 06 2026 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib. |
| DİN Mətbuat Xidmətinin məlumatı | |
| 02 06 2026 Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib. |