DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göygöl rayon sakini Lətif Orucov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Göygöl  Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Sumqayıt şəhər sakini Şəlalə Əbilova üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Saleh Salamov üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Azad Aslanov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Talıb Adilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığına şahid olduğunu qeyd edir və oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Sumqayıt şəhər sakini Aytəkin Bayramova üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və obyektiv baxılmasına görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Röyal Xanəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Quba rayon sakini Nahid İsmayılov müraciətinə operativ baxılmasına və diqqətlə yanaşılmasına görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Sevda Əmənova üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.